Məktəbəqədər yaşlı uşaqların intellektual hazırlığı və inkişafı
DOI:
https://doi.org/10.69760/gsrh.0250203003Keywords:
Məktəbəqədər təhsil, intellektual hazırlıq, təfəkkürün inkişafı, təxəyyülün inkişafı, təlimə hazırlıq, oyunAbstract
Məqalədə məktəbəqədər yaşlı uşaqların məktəbə intellektual hazırlığının əhəmiyyəti, bu hazırlığın psixoloji-pedaqoji əsasları və diaqnostika metodları geniş şəkildə təhlil edilir, uşağın məktəbə hazır olması yalnız oxuma, yazma və sayma bacarıqları ilə deyil, həm də təfəkkür, nitq, diqqət, yaddaş və təxəyyül kimi idrak proseslərinin inkişaf səviyyəsi ilə müəyyən olunur.
Məqalədə intellektual hazırlığın əsas komponentləri – məntiqi və vizual-məcazi təfəkkür, qavrayış, hafizə, diqqət və təxəyyül – hərtərəfli şəkildə izah olunur. L.A. Vengerin və Y. Yirasekin metodlarına əsaslanaraq uşaqların intellektual səviyyəsinin diaqnostikası üçün konkret üsul və texnikalar təqdim edilir. Bu diaqnostik yanaşmalar modelləşdirmə, identifikasiya, obyektlərin xüsusiyyətlərinə görə təsnifat və məntiqi ardıcıllığın müəyyənləşdirilməsinə əsaslanır. Eyni zamanda, müəllif məktəbəqədər yaşlı uşaqların inkişafında oyunun rolunu vurğulayır, didaktik və süjetli-rollu oyunların idrak fəaliyyətini və sosial bacarıqları inkişaf etdirmə potensialını qeyd edir. Məqalədə oyunlar vasitəsilə uşaqlarda yaddaş, diqqət, qavrayış və təfəkkürün inkişaf etdirilməsi yolları da geniş yer alır.
Sonda qeyd edir ki, məktəbə intellektual hazırlıq uşağın təlim fəaliyyətinə adaptasiyası üçün vacib amildir və bu hazırlığın düzgün qiymətləndirilməsi təhsil prosesinin fərdiləşdirilməsində mühüm rol oynayır.
References
Babazade, Z. (2025). Literary-critical view of the prominent Azerbaijani scholar MF Akhundzada: The first systematic examples of literary theory. Acta Globalis Humanitatis et Linguarum, 2(2), 38-42.
Babazade, Z. (2025). The First Influences of Western Literature on Azerbaijan Literature: Modernism and Tradition in the Works of Akhundzadeh. Acta Globalis Humanitatis et Linguarum, 2(1), 71-79.
Babazadə, Z., & Qənbərov, M. (2025). Specific Aspects of the Motif of Immortality in Literature. Acta Globalis Humanitatis Et Linguarum, 2(2), 215-222.
Cabbarova, S. R. (2022). Məktəbəqədər dövrdə uşaqların sensor inkişafına dair bəzi mülahizələr. Naxçıvan Müəllimlər İnstitutu. Elmi Əsərlər, 3, 31–33.
Həsənov, A., & Ağayev, Ə. (2007). Pedaqogika (Dərslik). Bakı: Nəşriyyat.
Jirásek, J. (1974). Uşaqların məktəbə hazırlıq səviyyəsi (rus dilinə tərc.). Прага: Dövlət Pedaqoji Nəşriyyatı.
Məktəbəqədər təhsil proqramı (kurikulum). (2022). Bakı.
Seyidov, S. İ., & Həmzəyev, M. Ə. (2007). Psixologiya. Bakı.
Uşaqların məktəbəqədər hazırlığı: Proqramın əsas müddəaları. Retrieved from https://rt82.ru/az/in-everyday-life/
Veliyev, E. (2025). Speech Culture and Deliberative Practices: Negotiating Local Norms in Multicultural Contexts. Journal of Azerbaijan Language and Education Studies, 2(3), 151-175.
Venger, L. A. (1988). Диагностика интеллектуального развития дошкольников. Mockвa: Просвещение.
Венгер, Л. А., Пилюгина, Э. Г., & Венгер, Н. Б. (1988). Воспитание сенсорной культуры ребенка от рождения до 6 лет. Москва: Просвещение.
Downloads
Published
Issue
Section
License
Copyright (c) 2025 Global Spectrum of Research and Humanities

This work is licensed under a Creative Commons Attribution-NonCommercial-NoDerivatives 4.0 International License.