Münaqişələrin beynəlxalq iqtisadi münasibətlərə təsiri
DOI:
https://doi.org/10.69760/gsrh.0250203015Keywords:
münaqişə, ixrac, idxal, bazar, effektiv, proqnozAbstract
Münaqişə problemi qloballaşma prosesinin genişlənməsi ilə əlaqədar olaraq beynəlxalq iqtisadi münasibətlərdə ön plana çıxmışdır. Bu baxımdan münaqişələrin tədqiqinin aktuallığı təkcə iqtisadi həyatda münaqişələri proqnozlaşdırmaq və tənzimləməklə deyil, həm də onlardan inkişaf vasitəsi kimi düzgün şəkildə istifadə ilə əlaqədardır. Qeyd edilənlərə əsaslanaraq, beynəlxalq iqtisadi münasibətlərə transformasiya kontekstində münaqişələrin həlli xüsusiyyətlərinin və münaqişə yaradan vəziyyətlərin öyrənilməsi xüsusilə vacibdir.
Münaqişələr o halda yaranır ki, bir dövlət və ya dövlətlər öz iqtisadi maraqlarını başqalarına diktə etməyə çalışır, öz inhisarlarını elan edir və buna nail olur, eyni zamanda digər ölkələrin maraqlarını nəzərə almır. Münaqişə obyekti olan əks maraqların mümkün növlərinin əhatə dairəsi çox genişdir: birbaşa iqtisadi təhlükəsizlik, dövlət sərhədləri, ümumi iqtisadi, milli, informasiya, ideoloji maraqlar və s. Ölkələr arasında iqtisadi əlaqələr əməkdaşlıq və ya rəqabət, qarşılıqlı yardım və ya genişlənmə münasibətləri xarakteri alır.
Beynəlxalq iqtisadi münaqişələrin subyektlərinin və səbəblərinin spesifikliyi onların yaranması, inkişafı və həlli formalarını və mexanizmlərini müəyyən edir. İlkin təzahür formaları arasında dövlətlərarası mübahisələr və diplomatik hərəkətlər mövcud olur. Münaqişənin inkişafı tez-tez bloklar və digər birgə fəaliyyət göstərən qruplar, dövlətlər və digər siyasi təşkilatlar şəklində əks tərəflərin formalaşması ilə əlaqələndirilir. Qeyd etmək lazımdır ki, iqtisadi münaqişələrin həlli və qarşısının alınması vasitələri digər münaqişə növlərinin həlli formalarından ciddi fərqə malikdir. Belə ki, ərazi prinsipi münaqişəli vəziyyətə üstünlük verildikdə, iqtisadi münaqişə cəmiyyətdə qeyri-sabit vəziyyətə, dövlətlərarası münasibətlərdə arzuolunmaz, mənfi dəyişikliklərə səbəb olur.
References
Abbasbəyli A.N., Darabadi P.Q., İbrahimmov Ə.G. (2016). Konfliktologiya, 292 səh.
İsayev K.H. (2015). Konfliktologiya. 88 səh.
İsgəndərov İ. (2013). Təşkilati davranış və menecment psixologiyası. 381 səh.
İmranov A.M. (2017). Menecment. 268 səh.
Quliyev T.Ə. (2015). Əməyin sosiologiyası. 336 səh.
Абашин С.Н. (2013). Россия - Средняя Азия: Политика и ислам, С. 373.
Атватер И., Даффи К.Г. (2003). Психология для жизни. С. 217.
Бабосов Е.М. (2000). Конфликтология. С. 254.
Amrakhov V.T. (2022). Risk Assessment In Agrarian Entrepreneurship. MITTEILUNGEN KLOSTERNEUBURG. 6 (72). 99-107
Amrahov V., Rahimli F., Mirzazadeh N., Ibrahimli G., Valizadeh H. (2023). Satisfying the consumer demand for agricultural products: Possibilities and its prediction. Scientific Horizons, 26. 7. P. 160-170
Amrahov V.T., Mirzazadeh N.G., Guliyeva K.N, Gazanfarova J.V. (2024). Economic Effectiveness and Forecasting of Scientific Activity in Azerbaijan. International Journal of Religion 5 (7), 422–430
Amrahov V.T., Mirzazadeh N.G., Taghiyev M.Z., Muradov R.J., Hamidov A.V., Karimova M.H. (2023). Modeling and forecasting of production an agricultural. Journal of law and sustainable development v.11, n.7.
Amrahov V., Mahmudov E., Aliyev S., Hajiyeva S. (2022). Econometric analysis and assessment of factors affecting the efficiency of agricultural production. Scientific Papers Series Management, Economic Engineering in Agriculture and Rural Development Vol. 22, Issue 3. 23-34
Mirzazada N. (2025). The State of Organization of the Management System and its Characteristics. Global Spectrum of Research and Humanities. 2 (4). 107-113
Mirzazadeh N., Zeynalli M. (2024). Improvement of information provision of small business in the agricultural sphere. Journal of Economics. Volume:1, issue:1. P. 23-27
Mirzazade N. (2023). Tarım Ürünlerine Yönelik Tüketici Talebi Ve Onu Etkileyen Faktörler. BENGİ Dünya Yörük-Türkmen Araştırmaları Dergisi. Cild: 2023 Sayı: 1, 173-185
Downloads
Published
Issue
Section
License
Copyright (c) 2025 Global Spectrum of Research and Humanities

This work is licensed under a Creative Commons Attribution-NonCommercial-NoDerivatives 4.0 International License.