Mübadilə sferasında marketinqin yerinə yetirdiyi funksiyalar

Authors

DOI:

https://doi.org/10.69760/gsrh.0250203011

Keywords:

bazar, marketinq, metod, menecer, təşkilat, istehlakçı

Abstract

Bazar mexanizminin formalaşmasına yönəlmiş iqtisadiyyatın transformasiyası elm və təcrübə qarşısında intensiv nəzəri və praktik həllər tələb edən yeni vəzifələr qoyur. Bu baxımdan mübadilə sferasında fəaliyyət göstərən subyektlərin prinsiplərindən irəli gələn idarəetmənin bazar konsepsiyası kimi marketinqi mənimsəmək və istifadə etmək zərurəti yaranmışdır.

Bazar istehsal sferasını istehlak sferası ilə əlaqələndirmək, onlar arasında optimal nisbətləri təmin etmək, istehlakçının tələbatını ödəmək üçün mübadilə münasibətlərini istiqamətləndirmək üçün nəzərdə tutulmuşdur. Marketinqə istehlak və istehsal arasında həm birbaşa, həm də əks əlaqənin tənzimləyicisi rolu verilir. Onun aktiv istifadəsi istehsalçıya öz fəaliyyətini istehlakçıların maraqlarının hərtərəfli nəzərə alınması əsasında qurmağa, bazar problemlərini ən rasional şəkildə həll etməyə, mənfəət əldə etmək üçün bütün imkanlardan maksimum istifadə etməyə, fəaliyyətini istehlakçıların maraqlarını nəzərə alaraq planlaşdırmağa imkan verir.

Marketinqin inkişaf səviyyəsinə, onun müəssisələrin təcrübəsində tətbiq olunma dərəcəsinə görə bazar münasibətlərinin inkişaf səviyyəsini mühakimə etmək olar. Bu konsepsiya marketinqin element və üsullarını yaradıcı şəkildə istifadə etmək və inkişaf etdirmək kimi mühüm məsələləri önə çəkir. Dünya iqtisadiyyatında ssubyektlərin işinin marketinq prinsipləri əsasında təşkilinin vahid universal formaları yoxdur. Buna görə də konkret marketinq metodlarının işlənib hazırlanması və tətbiqi müəssisələrin fəaliyyət xüsusiyyətlərini və ilk növbədə onların fəaliyyət göstərdiyi bazarın xüsusiyyətlərini nəzərə alan differensiallaşdırılmış yanaşma tələb edir. Bu, marketinqin çox yönlülüyünü göstərir, onun əsas prinsipləri mübadilə münasibətlərini əhatə edən kommersiya və qeyri-kommersiya fəaliyyətinin demək olar ki, bütün sahələrində tətbiq oluna bilər. Eyni zamanda yaradıcı düşüncə konkret bazar şəraitinə uyğunlaşma tələb edir.

Author Biographies

  • Nəsimi Abbaszadə, Aqrar sahənin iqtisadiyyatı kafedrası, Azərbaycan Dövlət Aqrar Universiteti

    Abbaszadə, N. Baş müəllim, Aqrar sahənin iqtisadiyyatı kafedrası, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan. ORCID: https://orcid.org/0009-0006-7832-9879

  • Zaur Müşkiyev , Menecment və Marketinq kafedrası, Azərbaycan Dövlət Aqrar Universiteti

    Müşkiyev, Z. Müəllim, Aqrobiznes, Menecment və Marketinq kafedrası, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan. ORCID: https://orcid.org/0009-0003-8951-3928

References

Abbasov İ.M., Sadıqov R.F. (2013). Menecment. Bakı Biznes Universitetinin nəşri, 205 s.

Abbasov A.B. (2005). Biznesin əsasları. Bakı, 656 s.

Abbasov A.B. (2011). Biznesin təşkili və idarə edilməsi. Dərslik. Bakı: “İqtisad Universiteti” nəşriyatı. 464 s.

Əmrahov V.T., Qasımova A.Z., Həsənov A.F. (2013). Aqromarketinq. Bakı, 105 s.

Nuriyеv Ə.Х. (2004). Rеgiоnal siyasət və idarəеtmə. Bakı, 348 s.

Володько В.Ф. (2016). Основы менеджмента: учебное пособие. Адукацыя і выхаванне. 303 с.

Горбашко Е.А. (2019). Управление конкурентоспособностью : учебник и практикум для бакалавриата и магистратуры / под редакцией . Издательство Юрайт. 447 с.

Фатхутдинов Р.А. (2011). Инновационный менеджмент: Учебник для вузов. 6-е изд. СПб.: Питер. 448 с.

Мирзазаде Н. (2022). Направления повышения занятости в аграрной отрасли. Scientific Collection «InterConf». №135, c. 23-27

Amrahov V., Rahimli F., Mirzazadeh N., Ibrahimli G., Valizadeh H. (2023). Satisfying the consumer demand for agricultural products: Possibilities and its prediction. Scientific Horizons, 26. 7. P. 160-170

Amrahov V.T., Mirzazadeh N.G., Guliyeva K.N, Gazanfarova J.V. (2024). Economic Effectiveness and Forecasting of Scientific Activity in Azerbaijan. International Journal of Religion 5 (7), 422–430

Amrahov V.T., Mirzazadeh N.G., Taghiyev M.Z., Muradov R.J., Hamidov A.V., Karimova M.H. (2023). Modeling and forecasting of production an agricultural. Journal of law and sustainable development v.11, n.7.

Mirzazadeh N., Zeynalli M. (2024). Improvement of information provision of small business in the agricultural sphere. Journal of Economics. Volume:1, issue:1. P. 23-27

Mirzazade N. (2023). Tarım Ürünlerine Yönelik Tüketici Talebi Ve Onu Etkileyen Faktörler. BENGİ Dünya Yörük-Türkmen Araştırmaları Dergisi. Cild: 2023 Sayı: 1, 173-185

Downloads

Published

2025-08-05

Issue

Section

Articles

How to Cite

Abbaszadə, N., & Müşkiyev , Z. (2025). Mübadilə sferasında marketinqin yerinə yetirdiyi funksiyalar. Global Spectrum of Research and Humanities , 2(4), 134-143. https://doi.org/10.69760/gsrh.0250203011