ALZHEİMER XƏSTƏLİYİNİN EKSPERİMENTAL MODELİNDƏ TORLU QİŞADA HİSTOLOJİ DƏYİŞİKLİKLƏRƏ SARIKÖKÜN TƏSİR EFFEKTİNİN TƏDQİQİ
DOI:
https://doi.org/10.69760/28qh4r35Keywords:
Alzheimer xəstəliyi, sarıkök, tor qişa, bulbektomiyaAbstract
Eksperimental Alzheimer xəstəliyinin heyvan modellərində tor qişanın histoloji tədqiqatları xəstəliyin erkən mərhələlərində müəyyən edilməsi üçün əvəzsiz olduğunu sübut edir. Bitki antioksidantların xəstəliyin reabilitasiyasına təsiri retinanın histoloji analizi ilə müəyyən edilə bilər. Alzheimer xəstəliyinin eksperimental modeli Olfaktör bulbektomiyadan istifadə etməklə yaradılmışdır. Bitki mənşəli maddələrin neyrodegenerativ xəstəliklərə təsirini öyrənmək məqsədi ilə eksperimental heyvanlara sarıkök məhlulu verilmişdir. Torlu qişanın histoloji analizi, bulbektomiyadan sonra nəzarət heyvanlarında, bulbektomiya edilmiş və sarıkök verilmiş heyvanlarda müqayisəli şəkildə təhlil edilmişdir. Əldə edilən histoloji materiallar göstərir ki, sarıkök bulbekemiya edilmiş heyvanların tor qişasında histoloji dəyişikliklərə neyroprotektiv təsir göstərir.
Downloads
Published
Issue
Section
License
Copyright (c) 2024 NAKHCHIVAN STATE UNIVERSITY SCIENTIFIC WORKS
This work is licensed under a Creative Commons Attribution-NonCommercial-NoDerivatives 4.0 International License.