MÜHASİBAT UÇOTU SİSTEMİNDƏ İDARƏETMƏ QƏRARLARININ QƏBUL EDİLMƏSİ
DOI:
https://doi.org/10.69760/d8rgrv37Keywords:
Mühasibat uçotu sistemi, qərar qəbulu, müəssisə, istehsalın təşkili, müxtəlif metodlarAbstract
Elmi məqalədə mühasibat uçotu sistemində qərarların qəbulu prosesində müəssisənin qarşısında duran məqsəd və vəzifələrin müəyyən edilməsi araşdırılmışdır. Qeyd edilmişdir ki, təcrübədə, qərarların qəbulu müəssisənin məqsədlərinə ən çox cavab verən bir sıra alternativ variantların müqayisəli qiymətləndirilməsi və ən optimalın seçilməsini nəzərdə tutur.
Məqalədə qeyd edilir ki, düzgün qərarın qəbul edilməsində əvvəl məqsədi müəyyən etmək yaxud rəhbərliyi müəssisə fəaliyyətinə istiqamətləndirmək lazımdır ki, bu da bu və ya digər varianta üstünlük verilməsinə kömək edər.
Məqalədə mühasibat idarəetmə uçotu sistemində qərarların qəbul edilməsi müxtəlif metodların köməyilə həyata keçirilməsi fikri vurğulanır Qeyd edilir ki, qərarların qəbul edilməsinin kollektiv metodu daha üstün və əlverişli sayıla bilər. Strateji xarakter daşıyan qərarların qəbul edilməsi hallarında xərclərin və nəticələrin diskontlaşdırma metodlarından, müxtəlif metodiki əsasda hesablanan göstəricilər sistemindən istifadə edilir.
Downloads
Published
Issue
Section
License
Copyright (c) 2024 NAKHCHIVAN STATE UNIVERSITY SCIENTIFIC WORKS
This work is licensed under a Creative Commons Attribution-NonCommercial-NoDerivatives 4.0 International License.