GƏNCƏ-DAŞKƏSƏN VƏ QAZAX-TOVUZ İQTİSADİ RAYONLARINDA AQRAR TƏSƏRRÜFATIN İNKİŞAFINDA DÖVLƏT PROQRAMLARININ ROLU

Авторы

  • Aide Abbasova Institute of Geography named after Academician H.A.Aliyev Автор

DOI:

https://doi.org/10.69760/jznwjx57

Ключевые слова:

İqtisadi rayon, kənd təsərrüfatı, aqropark, Dövlət Proqramları, bitkiçilik, heyvandarlıq

Аннотация

Məqalədə Gəncə-Daşkəsən və Qazax-Tovuz iqtisadi rayonlarında Dövlət Proqramlarının, eləcə də kənd təsərrüfatının ayrı-ayrı sahələrini və istiqamətlərini dəstəkləyən proqramların həyata keçirilməsinin məhsul istehsalının artmasında rolu araşdırılmışdır. Məqsəd aqrar təsərrüfatın inkişafında bu proqramların əhəmiyyətini və dəyişikliklərin təhlilinə əsasən, regionun istehsal potensialını müəyyənləşdirmək olmuşdur.

Gəncə-Daşkəsən və Qazax-Tovuz iqtisadi rayonları respublikanın əsas kənd təsərrüfatı regionlarıdır. Bu rayonlarda kənd təsərrüfatının kifayət qədər inkişaf etmiş sahələri vardır. Belə ki, rayonlar bəzi kənd təsərrüfatı bitkilərinin: üzüm, kartof, şəkər çuğunduru, günəbaxan, tərəvəz və s. əkildiyi mərkəzlərdir. Ölkə üzrə günəbaxan istehsalının 46,7%-i Gəncə-Daşkəsən iqtisadi rayonunun, kartof istehsalının 50,9%-i, üzüm istehsalının 31,7%-i, tərəvəz istehsalının 20,6%-i, o cümlədən örtülü torpaqlarda tərəvəz istehsalının 36,4%-i, şəkər çuğunduru istehsalının 30,4%-i Qazax-Tovuz iqtisadi rayonunun payına düşür. Bu bitkilər əhalinin gündəlik ərzaq tələbatının ödənilməsində və yeyinti sənayesinin xammalla təminatında xüsusi əhəmiyyət kəsb etməklə, ərzaq təhlükəsizliyində mühüm rol oynayır. Burada kənd təsərrüfatı müəssisələrinin kifayət qədər olmaması bəzi məhsullardan tam yararlanmağa imkan vermir. Onların emalı müəssisələrinin ərazidə yerləşdirilməsi mühüm iqtisadi səmərə verə bilər.

Dövlət Proqramlarının icrası aqrar sahədə müsbət nəticələrin əldə olunmasına, məhsuldarlığın və istehsalın yüksəlməsinə şərait yaratmışdır. Regionlarda davamlı inkişafı təmin etmək üçün hazırkı Dövlət Proqramında da kənd təsərrüfatının inkişafı prioritet məsələlərdəndir.

Опубликован

2024-09-03

Как цитировать

Abbasova, A. (2024). GƏNCƏ-DAŞKƏSƏN VƏ QAZAX-TOVUZ İQTİSADİ RAYONLARINDA AQRAR TƏSƏRRÜFATIN İNKİŞAFINDA DÖVLƏT PROQRAMLARININ ROLU. NAKHCHIVAN STATE UNIVERSITY SCIENTIFIC WORKS, 127(1). https://doi.org/10.69760/jznwjx57