İRİBUYNUZLU HEYVANLARDA DIRNAQ XƏSTƏLİYİNİN YAYILMASI

Авторы

  • Haci Akhundzade Veterinary Research Institute Автор

DOI:

https://doi.org/10.69760/dqy4wr11

Ключевые слова:

Pododermatit, inək, eritrosit, leykosit, hemoqlobin

Аннотация

Kənd təsərrüfatının mühüm sahələrindən olan heyvandarlığın intensiv inkişafında onların sağlamlığının qorunmasında baytarlıq sanitariya və gigiyena tədbirlərinin vaxtlı-vaxtında həyata keçirilməsinin çox böyük əhəmiyyəti vardır. Belə ki, heyvanlar vaxtında peyvənd olunduqda, təhlükəli infeksion xəstəliklərin qarşısı alınır, lakin yoluxmayan xəstəliklərdən, həmçinin pododermatitlərdən təsərrüfatlara ciddi ziyan vurulur.

Pododermatitlər heyvandarlığın müasir inkişaf dövründə, onların məhsullarının kəmiyyət və keyfiyyət göstəricilərinə, baş sayının artırılmasına, sağlam bala alınmasına, sağlam mal-qaranın yetişdirilməsinə çox ciddi mane olan amillərdən biridir. İribuynuzlu heyvanların dırnaq xəstəliklərinin əmələgəlmə səbəbləri həddən artıq çoxdur.

Xəstəliyin əmələ gəlməsində heyvanların yemlənmə, bəslənmə şəraitinin qeyri-qənaətbəxş olması, infeksion xəstəliklərin fəsadları, profilaktik tədbirlərin vaxtlı-vaxtında aparılmaması, dırnağa düzgün qulluq edilməməsi və s. səbəbləri göstərmək olar. Pododermatitlərin əmələ gəlməsində irin törədici bakteriyaların rolu böyükdür. Xəstəliyin əmələ gəlməməsi və onun minimuma endirilməsi üçün profilaktik tədbirlərin vaxtında düzgün aparılması mühüm əhəmiyyət kəsb edir.

Bununla əlaqədar olaraq dırnaq xəstəliyinin yayılma dərəcəsini öyrənmək məqsədilə elmi tədqiqatlar aparılaraq respublikanın Abşeron, Şamaxı, İmişli, Masallı rayonlarının kəndli-fermer təsərrüfatlarında iribuynuzlu heyvanlar cinsindən və növündən asılı olaraq, ümumi baytarlıq müayinəsindən keçirilmişdir.

Müayinə nəticəsində həm cins inəklərdə, həm də düyələrdə dırnaq xəstəliyi aşkar edilmişdir. Xəstə və sağlam inəklərdən qan alınaraq morfoloji müayinəyə cəlb edilmişdir

Опубликован

2024-09-03

Выпуск

Раздел

FİZİKA – RİYAZİYYAT

Как цитировать

Akhundzade, H. (2024). İRİBUYNUZLU HEYVANLARDA DIRNAQ XƏSTƏLİYİNİN YAYILMASI. NAKHCHIVAN STATE UNIVERSITY SCIENTIFIC WORKS, 127(1). https://doi.org/10.69760/dqy4wr11