EKSPERİMENTAL EPİLEPSİYA VƏ ONUN ƏMƏLƏGƏLMƏ DİNAMİKASININ ELEKTROFİZİOLOJİ TƏDQİQİ

Авторы

  • Gunay Melikova Institute of Physiology of the Republic of Azerbaijan Автор
  • Khuraman Miryusifova Institute of Physiology of the Republic of Azerbaijan Автор

DOI:

https://doi.org/10.69760/tammwv92

Ключевые слова:

Eksperimental epilepsiya, epileptik tutmalar, amiqdala, elektroensefaloqramma

Аннотация

Tədqiqat işi eksperimental epilepsiya fonunda beyin elektrik aktivliyinin tədqiqinə həsr edilib. Elektrofizioloji tədqiqatlar dovşanlar üzərində aparılmışdır. İntakt və eksperimental epilepsiya yaradılmış təcrübə heyvanlarda görmə analizatorunun strukturlarında elektrik aktivliyi  qeydə alınmış və müqayisəli şəkildə təhlil edilmişdir. Elektrofizioloji tədqiqatlarda elektroensofaloqrafik metoddan istifadə edilmişdir. Eksperimental epilepsiya modeli amiqdalaya penisillin məhlulunun yeridilməsi ilə yaradılmışdır. Əldə edilən materialların analizində müəyyən edilmişdir ki, penisillin məhlulunun heyvanların amiqdalasına daxil edilməsi uzunmüddətli konvulsiv aktivliyin inkişafına səbəb olur. Eksperimental epilepsiyada konvulsiv fəaliyyət tutmaları tezliyində və müddətində müəyyən dinamikaya malikdir.

Опубликован

2024-09-03

Как цитировать

Melikova, G., & Miryusifova, K. (2024). EKSPERİMENTAL EPİLEPSİYA VƏ ONUN ƏMƏLƏGƏLMƏ DİNAMİKASININ ELEKTROFİZİOLOJİ TƏDQİQİ. NAKHCHIVAN STATE UNIVERSITY SCIENTIFIC WORKS, 127(1). https://doi.org/10.69760/tammwv92