GÖRKƏMLİ KAMANÇA İFAÇISI, USTAD SƏNƏTKAR HABİL ƏLİYEV

Авторы

  • ZAMINA NAJAFOVA Nakhchivan State University Автор

DOI:

https://doi.org/10.69760/k5f50j68

Ключевые слова:

Azərbaycan, musiqi, xalq, çalğı, alət, kamança, ifaçı, Habil Əliyev, sənətkar, ustad

Аннотация

Bəşəriyyətin yaşı qədər tarixi olan musiqi insanlığın kəşf etdiyi ən əsrarəngiz dəyərlərdəndir. Gözəl musiqilərin səsləndirilməsi üçün hər bir xalq öz ruhuna uyğun musiqi aləti kəşf edib. Beləliklə, çox sayda sirli, sehirli musiqi alətləri yaranıb ki, bunlardan biri səsi ilə insan qəlbinin tellərini titrədən, sanki ana laylasını xatırladan kamançadır.

Azərbaycan muğamlarını nəsildən-nəslə varislik yolu ilə ənənəvi şəkildə ötürən sazəndələr vardır ki, onların hər biri bu şərəfli yolda öz dəsti-xətti, ifaçılıq prinsipi ilə seçilən musiqiçilərdən olmuşlar. Belə musiqiçilərimizdən biri də Azərbaycan Respublikasının xalq artisti, “Şöhrət” və “İstiqlal” ordenli ustad sənətkar, mahir kaman ifaçısı Habil Əliyevdir.

“Görkəmli kamança ifaçısı, ustad sənətkar Habil Əliyev” başlığı altında təqdim olunan məqalədə özünəməxsus ifa prinsipi ilə seçilən Habil Əliyevin yaradıcılıq yolu izlənilir, ustad   sənətkarın alətin üzərində apardığı rekonstruksiya işi haqqında danışılır. Muğam ifaçılığında öz dəsti-xətti, ifa üslubu olan ustad sənətkar, Azərbaycan musiqi mədəniyyətinin inkişafında əhəmiyyətli töhfələr vermişdir. Belə ki, sənətkar Azərbaycan simli yaylı musiqi aləti olan kamançanın səslənməsinə yeni xallar və rənglər qatmış, eyni zamanda onun konstruktiv quruluşunda dəyişikliklər edərək ifa imkanlarını genişləndirmişdir. Belə ki, ustadın kamança musiqi alətində etdiyi rekonstruksiya işi onun ifasının özəlliyinə də təsir etmişdir. Muğam ifaçılığında ustad sənətkar daxilindən gələn, onun idrak təfəkküründən süzülən səsləri əldə etmək üçün alətdə təkmilləşmə işi aparmaq məcburiyyətində qalır. Xalq artisti  öz alətində daxilindən, ruhi aləmindən gələn səsləri əldə etmək üçün mövcud olan alətin qolunu qısaltmışdır. Standart uzunluğu 29 sm olan kamança yaylı musiqi alətinin qolunu iki sm qısaldaraq 27 sm etmişdir.

XX əsrin ikinci yarısında xüsusilə tar və kamança ifaçılığı daha yüksək inkişaf mərhələsinə qədəm qoymuşdur. Azərbaycan kamança ifaçılığı tarixinə nəzər saldıqda milli alətlərimizin görkəmli ustad ifaçılarının özünəməxsus ifa üslub keyfiyyətlərinə malik olduğunu görə bilərik. Bu ifaçılardan Habil Əliyev və bir çox peşəkar ifaçılar bu alətlərin çalğı texnikasını, ifaçılıq imkanlarını daha yüksək səviyyəyə qaldırmışlar və onların ifalarında sənətə estetik yanaşma üstünlük təşkil edir.

Опубликован

2024-09-03

Выпуск

Раздел

SƏNƏTŞÜNASLIQ VƏ MEMARLIQ

Как цитировать

NAJAFOVA, Z. (2024). GÖRKƏMLİ KAMANÇA İFAÇISI, USTAD SƏNƏTKAR HABİL ƏLİYEV. NAKHCHIVAN STATE UNIVERSITY SCIENTIFIC WORKS, 127(1). https://doi.org/10.69760/k5f50j68

Похожие статьи

Вы также можете начать расширеннвй поиск похожих статей для этой статьи.