ŞAGİRDLƏRİN TƏLİMDƏ GERİDƏ QALMASININ SOSİAL-PSİXOLOJİ SƏBƏBLƏRİ

Авторы

  • SOLMAZ BAYRAMOVA Nakhchivan State University Автор
  • SEVİNC ORUCOVA Nakhchivan State University Автор

DOI:

https://doi.org/10.69760/3w98g758

Ключевые слова:

şagird, müəllim, təlim, təhsil, , sosial-psixoloji səbəblər

Аннотация

Məqalədə gənc nəslin tərbiyəsində, onların şəxsiyyət kimi formalaşmasında təlim fəaliyyətinin rolu və əhəmiyyəti açıqlanır. Təlim prosesinin necə təşkili və qurulmasından asılı olaraq şagirdlərin müvəffəqiyyətlə oxuduqlarından və öyrənməyə qabilliyin müxtəlifliyindən bəhs olunur. Eyni zamanda, şagirdlərin bilikləri və təlim fəaliyyəti tərzlərini nə dərəcədə mənimsəmələri göstərilir. Bununla yanaşı olaraq, bəzi şagirdlərin təlim materialını yaxşı qavramamasından, öyrənməkdə çətinlik çəkmələrindən və nəticədə təlim fəaliyyətində öz yoldaşlarından geri qalmalarından bəhs olunur. Həmçinin şagirdlərin təlim fəaliyyətində sinif yoldaşlarından geridə qalaraq müvəffəqiyyət qazana bilməmələrinin səbəbləri xüsusilə vurğulanır. Bu səbəblər sosial və psixoloji səbəblər olduğu qeyd olunur.

Məqalədə təlimdə geridə qalan şagirdlərin düzgün şəkildə inkişaf etdirilməsi yolları və vasitələri açıqlanmışdır. Həmçinin geridə qalan şagirdlərlə dərs aparan müəllimlərin qarşısında duran vəzifələrdən bəhs edilmiş və təlimdə geridə qalan şagirdlərlə səmərəli pedaqoji tədbirlər keçirməyin əhəmiyyəti vurğulanmışdır.

Опубликован

2024-09-03

Выпуск

Раздел

PEDAQOGİKA, PSİXOLOGİYA VƏ METODİKA

Как цитировать

BAYRAMOVA, S., & ORUCOVA, S. (2024). ŞAGİRDLƏRİN TƏLİMDƏ GERİDƏ QALMASININ SOSİAL-PSİXOLOJİ SƏBƏBLƏRİ. NAKHCHIVAN STATE UNIVERSITY SCIENTIFIC WORKS, 127(1). https://doi.org/10.69760/3w98g758