“ERMƏNİ VİLAYƏTİ”NİN YARADILMASI TARİXİ COĞRAFİYAMIZA EDİLƏN QƏSDDİR

Authors

  • NURLANA ALIYEVA Nakhchivan State University Author

DOI:

https://doi.org/10.69760/yxt7c814

Keywords:

Erməni vilayəti, Naxçıvan, Gülüstan müqaviləsi, Türkmənçay müqaviləsi, tarixi coğrafiya

Abstract

Məqalədə Rusiya ilə İran arasında imzalanmış Gülüstan və Türkmənçay müqavilələrindən sonrakı hadisələrdən bəhs olunur. Məqalədə tarixi coğrafi faktlar ortaya qoyulmuş, “Erməni vilayəti”nin ərazisi, sərhədləri dəqiqliklə göstərilmişdir. 1813-cü ildə Rusiya ilə İran arasında imzalanmış Gülüstan müqaviləsindən sonra da bu dövlətlər arasındakı münasibətlər gərgin olaraq qalırdı. XIX əsrin əvvəllərində böyük dövlətlər, başda Rusiya imperiyası olmaqla öz çıxarlarına və mənafelərinə görə Cənubi Qafqazda möhkəmlənmək, bu bölgədə söz sahibi olmaq istəyirdilər. Azərbaycan II Rusiya-İran müharibəsindən sonra, daha dəqiq desək, Türkmənçay müqaviləsinə görə iki yerə parçalandı. Rusiya çarı I Nikolay Azərbaycanın tərkib hissəsi olan Naxçıvanda və qədim Türk yurdu olan İrəvan ərazisində qondarma “Erməni vilayəti” yaratdı. “Erməni vilayəti”nin yaradılması ilə Azərbaycanın tarixi-coğrafiyasına böyük dəyişiklik edildi.

Downloads

Published

03-09-2024

How to Cite

ALIYEVA, N. (2024). “ERMƏNİ VİLAYƏTİ”NİN YARADILMASI TARİXİ COĞRAFİYAMIZA EDİLƏN QƏSDDİR. NAKHCHIVAN STATE UNIVERSITY SCIENTIFIC WORKS, 127(1). https://doi.org/10.69760/yxt7c814