ƏSAS BECƏRMƏ ÜSULLARININ “QOBUSTAN” YUMŞAQ BUĞDA SORTUNUN DƏN MƏHSULDARLIĞINA VƏ MƏHSULUN STRUKTUR ELEMENTLƏRİNƏ TƏSİRİ

Authors

  • Huseyn Feyzullayev Agricultural Scientific Research Institute Author

DOI:

https://doi.org/10.69760/w49fcv24

Keywords:

Quraq dəmyə, qidalanma şəraiti, torpaq becərməsi, sələflər, struktur göstəricilər, dən məhsuldarlığı

Abstract

Sələf, torpaq becərmələri və qidalanma şəraiti fonunda əsas becərmə üsullarının buğda bitkisinin dən məhsuldarlığına və məhsulun struktur elementlərinə təsiri Cəlilabad Bölgə Təcrübə Stansiyasının ərazisində qoyduğumuz 3 amilli (2×3×3) tarla təcrübəsində apardığımız tədqiqatlarda öyrənilmiş və alınan nəticələr məqalədə öz əksini tapmışdır. Tədqiqatlar 2019-2021-ci vegetasiya illərində aparılmaqla standart metodlardan istifadə olunmuşdur. Belə ki, faktiki məhsuldarlıq təcrübədə hər bir lək üzrə birbaşa kombaynla yığılmış dən məhsulunun kütləsinə görə müəyyən edilmişdir. Məhsulun struktur analizi isə 1msahədən ( ləklərin diaqonalı üzrə 4 yerdə uzunluğu 83 sm olan iki nişanlanmış cərgə (0,8 m × 0,3 m × 4 = 1 m2) yığılmış dərz nümunəsində aparılmışdır. Tədqiqatın obyekti “Qobustan” yumşaq buğda sortu olmuşdur.

Beləliklə, apardığımız 3 illik tədqiqatın orta nəticəsinə əsasən, demək olar ki, öyrənilən amillərin “Qobustan” yumşaq buğda sortunun dən məhsuldarlığına və məhsulun struktur elementlərinə təsiri vardır və dispersiya analizinə əsasən, bu təsir 0,01 ehtimal səviyyəsində əhəmiyyətlidir. Məhsuldarlıq isə variantdan asılı olaraq dinamik xarakter daşısa da, Dunkan kriteriyasına görə dispersiya analizinin nəticəsindən məlum olmuşdur ki,  ən yüksək dən məhsulu noxud sələfindən sonra N60P60 + 10 ton peyin fonunda torpağı ağır diskli mala ilə 10-12 sm dərinlikdə 2 dəfə (çarpaz) diskləmədə alınmışdır. Nəticədə tədqiqatın optimal variantında “Qobustan” yumşaq buğda sortunun dən məhsuldarlığı 45,8 s/ha müəyyən edilmişdir.

Downloads

Published

03-09-2024

How to Cite

Feyzullayev, H. (2024). ƏSAS BECƏRMƏ ÜSULLARININ “QOBUSTAN” YUMŞAQ BUĞDA SORTUNUN DƏN MƏHSULDARLIĞINA VƏ MƏHSULUN STRUKTUR ELEMENTLƏRİNƏ TƏSİRİ. NAKHCHIVAN STATE UNIVERSITY SCIENTIFIC WORKS, 127(1). https://doi.org/10.69760/w49fcv24