YÜKSƏK VOLTLU SELEN ELEMENTLƏRİNİN İSTEHSALI VƏ PERSPEKTİVLƏRİ

Authors

  • Aygun Sultanova Nakhchivan State University Author
  • Arife Alizade Nakhchivan State University Author

DOI:

https://doi.org/10.69760/t74gh873

Keywords:

Selen, radioaktiv, elektrod, ferromaqnit, gərginlik

Abstract

Son illər cisimlərin elektrik xassələrinin müasir fiziki üsullarla daha dərindən öyrənilməsi bərk və maye cisimlərdə elektronların paylanma, sərbəstləşmə və hərəkəti haqqında yeni düzgün təsəvvürlər yaratmışdır. Bir sıra bərk cisimlər qrupunda sərbəst elektronların (eləcə də, deşiklərin) konsentrasiyasını, sərbəst yaşama müddətini, yürüklüyünü və hərəkətini idarəetmək bacarığı həmin cisimlərin elektrik xassələrini texnikanın tələb etdiyi kimi məqsədəuyğun şəkildə dəyişdirməyə imkan vermişdir. Bu, elektrotexnikanı yeni inkişaf mərhələsinə qaldırmaqdadır.

Bunu qeyd etmək kifayətdir ki, yarımkeçiriciləri müasir elektrotexnikanın cəbbəxanası adlandırmaq olar, eləcə də yeni elmi və texniki sahələrin yaranmasında da rolu böyükdür. Yarımkeçiricilər vasitəsilə dəyişən elektrik cərəyanı düzləndirilir, zəif cərəyan gücləndirilir, istilik, adi və radioaktiv şüaların enerjisi elektrikə çevrilir, nüvə hissəcikləri sayılır, zəif elektron seli çoxaldılır, səs enerjisi elektrikə və əksinə çevrilir, elektriklə soyutma əldə olunur, bir sıra kimyəvi reaksiyalarda kataliz aparılır, elektrik xətlərində cərəyan və gərginlik tənzim edilir, mürəkkəb proseslər avtomatlaşdırılır, bir sıra yerlərdə ferromaqnit metallar əvəz edilir və s.

Bir sıra təcrübələrə əsaslanaraq müasir fizika təsdiq edir ki, atom müsbət elektrik yüklü nüvədən və mənfi elektrik yüklü elektronlardan təşkil olunmuş mürəkkəb elektrik sistemidir. Elektronlar nüvənin ətrafında mürəkkəb formalı orbitlər üzrə hərəkət edir.

Yarımkeçirici düzləndiricilər, eləcə də xüsusi selen düzləndiriciləri üçün istilikkeçirmənin öyrənilməsi elektrikkeçirmə kimi böyük əhəmiyyətə malikdir. Selen düzləndiricilərində düzünə müqaviməti azaltmaq məqsədilə yarımkeçiriciyə az miqdarda xlor, brom, yaxud yod aşqarları vurulur.

Downloads

Published

03-09-2024

How to Cite

Sultanova, A., & Alizade, A. (2024). YÜKSƏK VOLTLU SELEN ELEMENTLƏRİNİN İSTEHSALI VƏ PERSPEKTİVLƏRİ. NAKHCHIVAN STATE UNIVERSITY SCIENTIFIC WORKS, 127(1). https://doi.org/10.69760/t74gh873